Moldovanın baş naziri Chiril Gaburici istefa verib.
O bunu iyunun 12-də prokurorluqda dindirildikdən sonra bəyan edib.
Məsələ baş nazirin orta məktəb və universitet dərəcələri ətrafındakı qalmaqalla bağlıdır.
Gaburuici istintaqın siyasi oyunlarda vasitəyə çevrilməsindən təəssüf bildirib.
Baş nazir bildirib ki, o siyasətçi yox , menencerdir və ölkə siyasi sistemini dəyişdirməlidir.
Avropapərəst iş adamı olan Gaburici bu vəzifəyə bu ilin fevralından təyin olunub.
O həftənin əvvəllərində baş prokuror və mərkəzi bankın sədrini istefa verməyə çağırmışdı.
Gaburici onları 3 bankdan 1 milyard dolların yoxa çıxmasına lazımınca reaksiya verməməkdə günahlandırır.