İlk yarışda Azərbaycan 18-ci oldu

Foto illüstrasiya

-

I Avropa Oyunlarının ilk yarışı olan sinxron üzgüçülük üzrə yarışlarının təsnifat mərhələsi başa çatıb.

İyunun 12-də Bakı Su İdmanı Mərkəzində sinxron üzgüçülük dueti və komanda yarışı keçirilib.

Sinxron duetdə I yeri Rusiya, II yeri Ukrayna, III yeri isə İspaniya idmançıları qazanıb.

Digər yerləri müvafiq olaraq Avstriya, İtaliya, Yunanıstan, Fransa və Belarus tutub.

Yarışlarda Azərbaycan idmançıları 71.4333 xalla 20 duet arasında 18-ci yerdə qərarlaşıb.