-
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.
AzVison.az-ın xəbərinə görə, buna səbəb Sumqayıt və Saray qəsəbəsindən paytaxta bəzi maşınların buraxılmamasıdır.
Belə ki, I Avropa Oyunlarının açılışı ilə əlaqədar Sumqayıt və Saray qəsəbəsinin çıxışında postlar qurulub və avtomobillər yoxlamadan keçdikdən sonra bir-bir buraxılır.
Hadisə şahidlərinin bildirdiyinə görə, dövlət qeydiyyat nişanından asılı olmayaraq bütün şəxsi avtomobillərin paytaxta girişinə qadağa qoyulub.
Hazırda vətəndaşlar yalnız avtobuslar vasitəsi ilə Bakıya gələ bilirlər.
***
İyunun 12-də Bakıda I Avropa Oyunlarının açılışı ilə əlaqədar bəzi yollarda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, sözügedən küçə və prospektlər bunlardır:
• Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək
• Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsilə kəsişməyədək.