Azərbaycan prezidenti İlham Əliyev I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfərə gələn Gürcüstan baş naziri İrakli Garibashvilini qəbul edib.
Görüşdə siyasi və iqtisadi sahələr də daxil olmaqla ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi ,I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin önəmi qeyd edilib.
Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.