Rauf Mirqədirovun səhhəti pisləşib

Rauf Mirqədirov

Həbsdə olan jurnalist Rauf Mirqədirovun səhhətində ciddi problem yaranıb, qan təzyiqi qəflətən aşağı düşüb.

Bu barədə Turana vəkil Elmar Süleymanov məlumat verib.

O iyunun 11-də MTN-nin təcridxanasında Rauf Mirqədirovla görüşdüyünü deyir.

Vəkilin sözlərinə görə,onu görüşə həkimin yanından gətirdilər və görüşdən sonra yenidən həkimin müayinəsinə qaytarıblar.

Vəkil jurnalistin saxlanma şəraiti və onunla münasibətin normal olduğunu deyib.

Amma qeyd edib ki, Rauf Mirqədirov istintaqın uzanmasından narahatdır.

“Zerkalo” qəzetinin keçmiş müxbiri Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Ankaradan deportasiya edilib. Həmin gün də Bakı hava limanında həbs edilib.

O Ermənistanın xeyrinə casusluqda ittiham olunur, barəsində dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb.

Yurnalist ittihamı rədd edir.