Kafe yanıb, əcnəbilər təxliyyə olunub

Arxiv fotosu

-

İyunun 10-da axşam Bakının mərkəzində 2150 kv.m sahəsi olan “MƏRKƏZİ” kafedə yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, kafenin vestibülünün tavanı 72 kv.m sahədə yanıb.

Yanğın zamanı kafenin ikinci mərtəbəsində yerləşən Bristol mehmanxanasına məxsus 4 ədəd kondisioner yüksək temperaturdan deformasiyaya uğrayıb. Mehmanxanada olan 3 nəfər əcnəbini yanğınsöndürənlər təxliyyə edib.

Yanğın saat 23:55-də söndürülüb.