Putin Papa və Berlusconi ilə görüşür

Pope Francis və Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin İtaliyaya rəsmi səfərə gedib.

O iynun 1-da Milanda keçiriləcək “Expo 2015” qlobal sərgi çərçivəsində baş nazir Matteo Renzi ilə görüşəcək.

Həmçinin Putinin Romada prezident Sergio Mattarella və keçmiş baş nazir Silvio Berlusconi ilə görüşü nəzərdə tutulur.

O səfər zamanı Vatikanda Roma papası Francisin də qəbulunda olacaq.

Görüşdə Ukrayna münaqişəsi, Yaxın Şərqdəki xristianların vəziyyəti və pravoslav-katolik münasibətləri müzakirə olunmalıdır.

Qeyd edək ki, 2 həftə sonra Avropa Birliyində Rusiyaya qarşı iqtisadi sanksiyaların genişləndirilməsi ilə bağlı səsvermə gözlənilir.

ABŞ və Avropa Birliyi Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.