Norveç-Azərbaycan oyununun hakimləri

Foto arxiv

"Avro-2016"nın seçmə mərhələsində keçiriləcək Norveç - Azərbaycan matçını polşalı hakimlər idarə edəcək.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Matçın baş hakimi Pavel Gill, köməkçiləri isə Konrad Sapela, Marcin Borkowski və Radoslav Siejka olacaq.

İyunun 12-də Osloda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.