Ukraynada neft bazasında yanğın davam edir.
İyunun 8-i gecə saatlarında baş verən yanğın 16 benzin çəninə yayılıb.
Bu baza Kiyevin 30 kilometrliyindəki Vasilkiv şəhərinin yaxınlığında yerləşir.
Daxili işlər naziri Arsen Avakov 3 yanğınsöndürənin itkin düşdüyünü deyir.
Nazir bundan əvvəl öldükləri güman edilən bir neçə yanğınsöndürənin xilas edildiyini bildirib.
Rəsmilər azı 6 nəfərin xəsarət aldığını deyirlər.
Hələlik yanğının səbəbi dəqiq bəlli deyil.
Amma hüquq-mühavizə orqanlarındakı mənbənin məlumatına görə, yanğına səbəb, yanacaq oğurlanarkən avadanlıqla ehtiyatsız davranma olub.
Ərazidə daha bir neft bazası var, insanlar köçürülüb.
Alovla mübarizəyə 300-dən çox yanğınsöndürən cəlb edilib.
Həmçinin milli qvardiyanın əməkdaşları hadisə yerinə göndərilib.