Lavrov Kiyevi pisləyib

Sergei Lavrov

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Kiyevi böyük 7-lər qrupunun sammiti ərəfəsində ölkənin şərqindəki münaqişəni gərginləşdirməyə cəhddə günühlandırıb.

Lavrov iyunun 8-də Moskvada keçirdiyi mətbuat konfransında deyib ki, Ukrayna hakimiyyəti bundan bir kart kimi istifadə edir.

O həmçinin qeyd edib ki, bizim Qərb tərəfdaşlarımız yeni Ukrayna hökumətinin girovuna çevirilib.