İ.Əliyev Davutoglunu təbrik edib

İLham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Əhməd Davudoğlunu hakim partiyanın parlament seçkisində qalib gəlməsinə görə təbrik edib.

Qeyd edək ki, iyunun 7-də Türkiyədə keçirilən parlament seçkisində hakim Ədalət və İnkişaf partiyası 40,8 faiz səs toplayıb.

Amma buna baxmayaraq parlamentdə çoxluğu itirib.

Parlamentdəki əsas siyasi partiyalar prezident Erdoganın partiyası ilə koalisiyaya getməyəcəklərini bəyan ediblər.

Əgər koalision hökumət yaradılmasa təkrar seçkçi keçiriləcək.