Kadyrovun qabırğası sındırılıb

-

Rusiyanın Çeçenistan regionunun rəhbəri Ramzan Kadyrov boks oynayan zaman qabırğasını sındırdığını deyir.

Kadyrov iyunun 6-da Instagram-da yazıb ki, partnyoru ona “bir neçə yaxşı zərbə endirib” və qabırğası iki yerdən sınıb.

Kadyrov Interfax-a deyib ki, prezidentlik vəzifəsindən fasilə götürmür, ancaq “zədə özünü bəzən hiss etdirir”.

Çeçenistan lideri idman, özəlliklə döyüş növlərinin həvəskarıdır. Instagram hesabında özünün atlet imicini yaradıb, tez-tez foto və videolarını yerləşdirir.