-
Ukrayna Sərhəd Qvardiyasına məxsus qayıq Mariupol liman şəhəri yaxınlığında minaya dəyib, partlayışda bir sərhədçi həlak olub. 5 nəfər yaralanıb.
Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə, qayığın kapitanı itkin düşüb. Altı sərhədçi yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib, biri həlak olub.
Mariupol Ukraynanın şərqində separatçılarla münaqişədə qaynar nöqtədir. Azov dənizi sahilində yerləşir, Ukraynanın şərqində separatçıların nəzarətində olan əraziləri Krımla birləşdirən xətt üzərindədir. Krımı Rusiya ötən ilin matında anneksiya edib. Mariupol 2014-cü ilin sentyabrında minaatanlardan atəşə tutulub.