ATƏT-in Bakı ofisinin bağlandığı bildirilir.
Bu barədə Turan agentliyi məlumat yayıb.
Məlumata görə Azərbaycanın Xarici İşlər Nazirliyi ATƏT-in Vyanadakı baş ofisinə müvafiq məktub göndərib.
Məlumatda həmçinin ATƏT-in Baş katibi Lamberto Zannieriniyunun 5-də üzv ölkələrə rəsmi Bakının qərarı barədə məlumat verdiyi bildirilir.
Azərbaycanın xarici işlər nazirliyi və digər rəsmi qurumlardan hələlik məsələyə münasibət bildirilməyib.
Rəsmi Bakı 2 il bundan əvvəl ATƏT-in Bakıdakı nümayəndəliyinin statusunu səfirlik səviyyəsindən ATƏT-in layihələr koordinatoru səviyyəsinə endirib.