"BakuBus" MMC-nin avtobusları ilkin olaraq şəhərdə istifadəyə veriləcək.
Sonra həmin avtobuslar paytaxt ətrafındakı marşrutlar üzrə də hərəkət edə bilər".
APA_nın məlumatına görə, bunu müəssisənin direktor müavini Vüsal Kərimli bildirib.
O qeyd edib ki, avtopark hazırda Fransa istehsalı olan 151 "İveco Crealis" və 151 "İveco Urbanway" markalı avtobuslarla təchiz olunub.
Vüsal Kərimlinin sözlərinə görə, müəssisədə 1000-ə yaxın iş yerinin açılması nəzərdə tutulur ki, bunun 750-i sürücülər üçündür.
Sürücülərin orta aylıq əmək haqqı isə 600-700 manat olacaq-deyə o bildirib.