Pakistanlı hüquq müdafiəçisi balaca Malalaya hücuma görə həbs edilmiş 10 nəfərdən 8-i faktiki azad ediliblər.
Pakistanın antiterror məhkəməsi bu ilin aprelində həmin hücuma görə,10 talibançını ömürlük həbsə məhkum eləmişdi.
Amma məlum olur ki, onlardan 2-si bu cəzanı çəkəcək.
Pakistanın Londondakı diplomatik missiyasının nümayəndəsi Muneer Ahmed iyunun 5-də bildirib ki, tutarlı dəlillər olmadığından 8 nəfər bəraət qazanıb.
Bu məlumatı Svat rayonunun polis rəisi Salim Khan Marwat da təsdiqləyib.
Talibançılar 2012-ci ildə Xayber Paxtunxva əyalətində məktəbli avtobusunu saxlayaraq Malala Yousafzaiı başından ölümcül yaralamışdı.
Ağır güllə yarası alan balaca qızcığaz həkimlərin səyi nəticəsində sağ qaldı.
Malalanın hazırda 17 yaşı var.
2014-cü ildə Nobel sülh mükafatına layiq görülüb.