Norveçdə Talibanla görüş keçirilir

Zabiullah Mujahid

Bir qrup Əfqanıstan siyasətçisi və vətəndaş cəmiyyəti təmsilçisi Norveçdə Taliban nümayəndələri ilə görüşürlər.

Talibanın sözçüsü Zabihullah Mujahidin kütləvi informasiya vasitələrinə verdiyi məlumata görə, müzakirələr qeyri-formal xarakter daşıyır və buna sülh danışıqları kimi baxmaq olmaz.

Həmçinin Əfqanıstan prezident aparatının yaydığı bəyanatda bildirilir ki, onlar Əfqanıstan hökumətini təmsil eləmirlər, amma biz bu qeyri-rəsmi danışıqları yüksək qiymətləndiririk.

Norveç xarici işlər nazirliyinin sözçüsü də Azadlıq Radiosuna bunun qeyri-formal danışıqlar olduğunu bildirib.

Məlumatlara görə Əfqanıstan parlamenti və Ali sülh şurasının 4 qadın üzvləri də onların arasındadır.

Qeyd edək ki, 1996-2001-ci ildə Talibanın hakimiyyəti dövründə Əfqanıstanda qadınlar əsas azadlıqlardan məhrum idilər.