Carter Ukraynaya görə toplantı keçirir

Ash Carter

-

ABŞ-ın müdafiə naziri Ash Carter iyunun 5-də ABŞ-ın müdafiə və diplomatik təmsilçilərini Almaniyaya çağırıb. Məqsəd Ukrayna böhranına görə NATO-nun Moskva strategiyasının səmərəsini götür-qoy etməkdir.

20-yə yaxın general və diplomat Rusiyaya sanksiyaların saxlanması üçün Avropada yetərli siyasi iradənin olub-olmamasını müzakirə edəcəklər.

Görüşdə Ukraynanı birbaşa silahlandırmaq məsələsinin də müzakirəsi gözlənir. Carter “inanır ki, hazırda Rusiyaya ən vacib təzyiq vasitəsi iqtisadi sanksiyalardır,” bir rəsmi dpa agentliyinə deyib.

Carter iyunun 3-də etiraf edib ki, sanksiyalar arzuolunan nəticəni verməyib.