-
Ötən gecə Bakının Səbail rayonunda yaşayış üçün nəzərdə tutulmuş vaqon içindəki ev əşyaları ilə birlikdə yanıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Yanğın saat 23:17-də söndürülüb.
Sabunçu rayonunda isə inzibati binanın 3-cü mərtəbəsində yanğın olub. 1 ədəd çarpayı və döşək yanıb. Saat 23:57-də yanğın söndürülüb.