Birinci Avropa Oyunlarının məşəli iyunun 4-də Şabrana aparılıb.
"Azərtac"ın məlumatına görə, qarşılanma mərasimində milli rəqslər və oyunlar nümayiş etdirilib. Məşəli əməkdar məşqçi Telman Bayramov qəbul edib.
Bununla Şabran birinci Avropa Oyunları məşəlinin alovlandırıldığı 57-ci yaşayış məntəqəsi olub.
Sonda məşəl Bakıya gətiriləcək.
Qeyd edək ki, iyunun 12-dən 28-dək Azərbaycanda ilk Avropa Oyunları keçiriləcək.