Poroshenko: "Müharibə təhlükəsi var"

Petro Poroshenko

Ukrayna prezidenti Petro Poroshenko Ukraynanın şərqində irimiqyaslı müharibə təhlükəsi olduğunu deyib.

O bunu iyunun 4-də parlamentdə illik çıxışında deyib Poroshenko qeyd edib ki, Ukrayna ordusu ölkəni müdadfiə etməyə və Rusiya ilə sərhəd boyu mümkün irimiqyaslı hərbi müdaxiləyə hazır olmalıdır.

Poroshenkonun sözlərinə görə, hazırda Ukrayna ərazisində 9 mindən çox Rusiya əsgəri var.

Bundan bir gün əvvəl Donetsk regionunda tərəflər arasında ağır döyüşlər olub.

Ukrayna tərəfi 5 əsgərinin öldüyünü, 39-nun yaralandığını bildirir.

Həmçinin separatçılar mülki sakinlər də daxil olmaqla 15 nəfərin öldüyünü deyirlər.

Kiyevlə Qərb Rusiyanı Ukraynanın şərqindəki separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamı rədd edir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 6400-dən çox adam ölüb.