Keçmiş Misir prezidenti Hosni Mubarakı yenidən mühakimə edəcəklər.
Söhbət 2011-ci ildə keçirilən etiraz aksiyaları dağıdılarkən 800-dək nümayişçinin qətlindən gedir.
Qərar iyunun 4-də apellyasiya məhkəməsində çıxarılıb.
Prokurorluq Mubaraka qarşı ittihamların ləğv edilməsi ilə bağlı 2014-cü ildə çıxarılan məhkəmə qərarından apelyasiya şikayəti vermişdi.
Yeni məhkəmə prosesi noyabrın 5-nə təyin edilib.
Bu 87 yaşlı keçmiş prezidentin 3-cü məhkəmə prosesi olacaq.
Mubarak bundan əvvəl onun istefası ilə nəticələnən həmin hadisələrə görə ömürlük həbs cəzası almışdı.
Hazırda o Qahirədəki hərbi hospitaldadır.
Bundan başqa məhkəmə 2015-ci ildə onu və 2 oğlunu korrupsiya ittihamı ilə 3 azadlıqdan məhrum edib.