“Neftçi”nin məşqçisini çıxartdılar

-

İyunun 3-də Azərbaycan Kubokunun final oyunundan az sonra “Neftçi” futbol klubunun Müşahidə Şurasının toplantısı keçirilib. Klubun saytında yerləşdirilən məlumata görə, toplantıda “Neftçi” futbol komandasının baş məşqçisi Arif Əsədovla və məşqçilər korpusu ilə yollar ayrılıb.

Müşahidə Şurasının sәdri Çingiz Abdullayevin rəhbərliyi ilə keçirilən toplantıda Şura üzvləri – Cəbrayıl Cəbrayılov, Səməd Qurbanov, Mübariz Zeynalov, Bəhram Bağırzadə, klubun icraçı direktoru Elnur Məmmədov, idman direktoru Vəli Qasımov və icraçı direktorun müavini Mübariz Xudiyev iştirak ediblər.

Əsas komandanın baş məşqçisi vəzifəsi müvəqqəti olaraq Samir Əliyevə həvalə edilib.

İyunun 3-də Qəbələdə final görüşündə “Neftçi” “Qarabağ”a 1:3 hesabı ilə məğlub olub.