Qroznıda 40 nəfərin saxlandığı bildirilir

Foto arxiv

Qroznıda İşgəncələrə qarşı komitənin ofisinə edilmiş hücumdan sonra 40 nəfər saxlanıb.

Bu barədə Memorial hüquq-müdafiə mərkəızinin əməkdaşına Çeçenistanın istintaq kommitəsindən məlumat verilib.

Amma hadisə yerində olanlar kimlərinsə həbs olunduğunu görmədiklərini deyirlər.

İyunun 3-də ofisin qarşısına aprelin 19-da Jambulat Dadaevin Stavropol polisi tərəfindən öldürülməsinə etiraz olaraq mitinq keçirilib.

Aksiyaçılar hüquq müdafiəçilərinə qarşı tənqidi şüarlar səsləndirib, bundan sonra isə maskalı adamlar hücum edərək ofisi dağıdıblar.

Polis hücum edənlərin qarşısını almayıb və Ofisin əməkdaşları pəncərədən çıxaraq uzaqlaşıblar.

Çeçenistanın rəhbəri Ramzan Kadyrov bildirib ki, hücumu çox güman ki, Dadaevin qohumları törədib.

O insidentlə bağlı istintaq aparıldığını və qanun çərçivəsində tədbir görüləcəyini vəd edib.

Bu ilin dekabrında da komitənin Qroznıdakı ofisi yandırılmış, 2 əməkdaşı isə polis tərəfindən saxlanmışdı.