Saakashvilinin tərəfdaşları onunla görüşmək üçün Odessaya gedirlər

Mikheil Saakashvili

Gürcüstandakı keçmiş hakim partiyanın üzvləri gələn həftə Ukraynada partiyanın lideri, keçmiş prezident Mikheil Saakashvili ilə görüşəcəklər.

Bu barədə iyunun 2-də partiyanın mətbuat xidməti məlumat yayıb.

Bir qədər əvvəl icraçı katib Zurab Japaridze də daxil olmaqla, partiyanın bir sıra aparıcı üzvləri “Vahid Milli Hərəkat” partiyasını tərk ediblər.

Saakashvili bu günlərdə Ukraynanın Odessa vilayətinə qubernator təyin edilib.

Bundan başqa o Ukraynada yeni yaradılmış məsələhət şurasının rəhbəridir.