Azərbaycan mətbuatının 140 illiyi ilə bağlı prezident sərəncamı çıxdı

Həsən bəy Zərdabi

-

Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan prezidentinin sərəncamı çıxıb.

Xəbəri president.az saytı yayıb.

Sərəncamda Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş Azərbaycan milli mətbuatının keçdiyi yola və mətbuatın çağdaş durumuna bir nəzər salınır.

Eyni zamanda Prezident Administrasiyasına tapşırılır ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərini keçirilməsini təmin etsin.

Sərəncama əsasən, Azərbaycan milli mətbuatının inkişafında xidmətləri olan jurnalistlər mükafatlandırılacaq. Bunun üçün jurnalist təşkilatları və redaksiyalar 1 ay müddətində təkliflərini verməlidirlər.