İslam Dövləti qrupuna qarşı mübarizə aparan beynəlxalq koalisiya İraq hökumətinə güclü dəstək vəd edib.
Koalisiyaya daxil olan ölkələr bunu iyunun 2-də Parisdə keçirilən mətbuat konfransında bəyan ediblər.
Konfransda ABŞ-da daxil olmaqla 20 ölkə iştirak edib.
Fransanın xarici işlər naziri Laurent Fabius müttəfiqlərin İslam Dövləti qrupu ilə mübarizədə bir olduqlarını bildiribŞ amma qeyd edib ki, mübarizə uzun sürəcək.