Qəzzədə İslam Dövləti qrupunun tərəfdarı öldürülüb

Foto arxiv

Həmas qrupunun qüvvələri Qəzzə bölməsində İslam Dövləti qrupunun tərəfdarını öldürüb.

Həmasın sözçüsü Eyad Al-Bozumun sözlərinə görə, iyunun 2-də verdiyi məlumata görə, o təslim olmaqdan imtina edib və atəş açmağa başlayıb.

Həmas hərəkatı bir ay bundan əvvəl Qəzzədə İslam Dövləti tərəfdarlarına qarşı əməliyyata başlayıb.

Hərəkat onları Qəzzədə silsilə partlayışlar tərətməkdə ittiham edir.