Özbək fəal görünməmiş polis zorakılığından danışır

Özbək insan haqları fəalları Adelaida Kim (solda) və Elena Urlaeva

-

Özbəkistanın tanınmış insan haqları fəalı deyir ki, polis tərəfindən saxlanıb, zorakılığa, seksual alçaldılmaya məruz qalıb. Elena Urlaeva ölkənin pambıq sektorunda məcburi əməyə dair dəlillər toplayırmış. O, Özbək İnsan Haqları Müdafiəçiləri Alyansının rəhbəridir.

Urlaeva elektron məktubunda yazır ki, mayın 31-də Daşkənddən 60 kilometr cənubqərdə yerləşən Çinaz şəhərində saxlanıb. Hüquq müdafiəçisi pambıq tarlalarında işləməyə məcbur edilən müəllimlərdən müsahibə alıb, onların fotolarını çəkirmiş.

Urlaeva-nın söslərinə görə, onu polis şöbəsinə aparıblar, üstündə flaş kart axtarıblar. Paramediklər çağırılıb, onu soyundurub məcburən uşaqlıq yolu və düz bağırsağında axtarış aparıblar.

58 yaşlı Urlaeva dünya hüquq müdafiəçiləri arasında tanınıb, iyirmi ildir Prezident Islam Karimov hökumətinin yol verdiyi pozuntuları sənədləşdirir. Pambıq sənayesində uşaq əməyindən istifadə həmin pozuntular sırasına daxildir.