ATƏT sədri Yerevanda azərbaycanlı əsirlərlə bağlı məsələ qaldıracaq

Ivica Dacic

ATƏT-in sədri, Serbiyanın xarici işlər naziri İvica Dacic Yerevana səfəri zamanı azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması barədə məsələ qaldıracaq.

O bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Onlar 2014-cü ilin yayında Kəlbəcərdə doğmalarının qəbrlərini yad edərkən əsir götürülüblər.

Separatçı Dağlıq Qarabağ rejimi bu yaxınlarda Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi isə 22 il azadlıqdan məhrum edib.

Bu məhkəmnin heç bir hüquqi qüvvəsi olmadığını deyən Azərbaycan tərəfi onların verilməsini tələb edir.