BMT-nin son məlumatına görə,Ukraynanın şərqində 6400-dən çox adam ölüb

Foto arxiv

BMT-nin son məlumatına görə, ötən ilin aprelindən bu yana Ukraynanın şərqində 6400-dən çox adam ölüb.

Təşkilatın iyunun 1-də yaydığı hesabata görə, ölənlərdən azı 626 qadın və qızdır.

Bundan başqa 15900-dən çox adamın yaralandığı bildirilir.

Amma sənəddə bildirilir ki, bu rəqəmlər göstərildiyindən xeyli çox ola bilər.

Kiyevlə Qərb Moskvanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günühlandırır.

Moskva ittihamı rədd edir.