Hindistanda istidən 1000-dən çox adam ölüb

Foto arxiv

Hindistanda güclü istilərdən azı 800 nəfərin öldüyü xəbər verilir.

Bəzi məlumatlarda isə ölənlərin 1440 nəfəri keçdiyi bildirilir.

Paytaxt Nyu-Dehlidə 50 dərəcəyə yaxın isti müşahidə olunur.

Hakim dairələr insanları evdə qalmağa və xəstəxanaları yaranmış vəziyyətə hazır olmağa çağırıb.

Ən pis vəziyyət Andxra-Pradeş ştatındadır.

Ştatın cənubunda 550-dən çox adam ölüb, 47 dərəcə isti müşahidə olunur.

Hər il Hindistanda istidən yüzlərlə adam ölür.

İstilərin bir neçə gün belə davam edəcəyi, gələn həftədən isə düşəcəyi gözlənilir.