Biden Rusiya ilə əməkdaşlıqdan bəhs edir

Joe Biden

Vitse- prezident Joe Biden deyir ki, Birləşmiş Ştatlar qarşılıqlı maraq doğuran məsələlərdə Rusiya ilə əməkdaşlığı davam etdirməlidir

-

Vitse- prezident Joe Biden deyir ki, Birləşmiş Ştatlar qarşılıqlı maraq doğuran məsələlərdə Rusiya ilə əməkdaşlığı davam etdirməlidir. Mayın 27-də Brookings İnstitutunda danışan Biden deyib ki, terrorçuluqla mübarizə və İranın nüvə imkanlarının məhdudlaşdırılması kimi məsələlərdə Kremllə əməkdaşlığın davam etdirilməsi ABŞ-ın marağındadır.

“Məncə, Putin bacardığı qədər, böyük bədəl ödəyəcəyi müqavimətlə üzləşənədək gedəcək,” Biden deyib. “Sonra o, səhv eləyə və davam edə bilər. Ancaq karyerası boyunca davranışına baxanda, onun praktik biri olduğunu görərik”.

Biden Putin-i ötən ilin martında Ukraynanın Krım vilayətini anneksiya etməsinə, Ukraynanın şərqində münaqişədə iştirakına görə tənqid edib. Onun sözlərinə görə, “Rusiyanın təcavüzü” “Avropanın təhlükəsizlik mənzərəsini dəyişib”.