İsveçrənin baş prokurorluğu 2018 və 2022-ci illərdə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkələrin seçilməsində pozuntulara yol verməkdə şübhəli bilinən şəxslərə qarşı cinayət işi açıb.
Söhbət səlahiyyətdən sui-istifadə və pulyuma əmıəliyyatından gedir.
2018-ci ildə çempionat Rusiyada, 2022-ci ildə isə Qətərdə keçiriləcək.
Məlumata görə, prokurorluğun əməkdaşları mayın 27-də FİFA-nın internet sistemindən müxtəlif məlumat və sənədlər götürüblər.
Prokurorluq FİFA İcrayyə Komitəsinin bu ölkələrin seçilməsində iştirak edən 10 üzvünün dindiriləcəyini bildirir.