Türkiyə ordusu hərbi bazanın atəşə tutulduğunu bildirir

Foto arxiv

Türkiyə ordusu mayın 24-də ölkənin cənub-şərqindəki hərbi bazanın minaatanlardan atəşə tutulduğunu bildirir.

Türkiyə ordusu hesab edir ki, bu hücumun arxasında kürd yaraqlıları durur.

Hərbçilər insidentin Türkiyə, İraq və İran sərhəddi yaxınlığındakı Hakkari vilayətində baş verdiyini və cavab atəşi açıldığını xəbər verirlər.

1984-cü ildən bu yana Bölgədə kürd yaraqlıları ilə Türkiyə ordusu arasında gedən toqquşmalarda 10 minlərlə adam ölüb.

Hazırda tərəflər arasında atəşkəs rejimi mövcuddur.

Türkiyə rəhbərliyi mayın 26-da Hakkaridə yeni hava limanının açılışına hazırlaşır.