Manatın məzənnəsi -25.05.2015

Azərbaycanda dollar bahalaşıb, avro ucuzlaşıb

-

Bu gün mayın 22-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 25-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkədə dolların rəsmi məzənnəsi 0,0008 manat və ya 0,08% bahalaşaraq 1,0493 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0159 manat və ya 1,36% ucuzlaşaraq 1,1529 manat olub.