Yəmənin Ədən şəhərinə yardım çatdırılır

Ədən yaxınlığında husi yaraqlıları

460 tonluq humanitar yardım daşıyan gəmi Yəmənin Ədən liman şəhərinə yan alıb

-

460 tonluq humanitar yardım daşıyan gəmi Yəmənin Ədən liman şəhərinə yan alıb. Bu şəhərdə döyüşlər zamanı minlərlə ölən və yaralanan olub, humanitar böhran yaranıb.

Birləşmiş Ərəb Əmirliklərinin göndərdiyi yardıma tibbi və ərzaq ləvazimatı daxildir. Şəhərdə yarım milyondan çox məcburi köçkünün olduğu bildirilir.

Ədəndə husi yaraqlıları ilə prezident Abd-Rabbu Mansur Hadi-nin döyüşçüləri arasında kəskin döyüşlər gedib. Husilər keçmiş prezident Ali Abdullah Saleh-ə sadiqdir. Hadi isə Səudiyyə Ərəbistanına qaçıb.

Səudiyyə koalisiyası Yəməndə husi silahlılarına hava zərbələri endirməkdədir.

BMT-nin hesablamalarına görə, martın sonundan Ədəndə 2 mindən çox insan həlak olub.

Mayın 28-də Cenevrədə keçirilməsi planlaşdırılan BMT-nin konfransı təxirə salınıb. Məqsəd Yəmənə dair sülh danışıqlarını bərpa etmək idi. Konfransın iştirakçılarıyla bağlı qeyri-müəyyənlik vardı.