Fransa prezidenti Rusiyaya təzyiq etməyə çağırıb

Francois Hollande

Fransa prezidenti Francois Hollande bildirib ki, Ukraynanın şərqindəki atəşkəs rejiminə əməl edilməsi üçün Rusiya və rusiyapərəst separatçılara təzyiq etmək lazımdır.

Reutersin məlumataına görə, o belə bir bəyanatla mayın 22-də Riqada keçirilən “Şərq tərəfdaşlığı” sammitində çıxış edib:

“Aydındır ki, atəşkəsə tam əməl olunmur.Buna görə də biz hərəkət etmək və təzyiqləri davam etdirməliyik. Xüsusilə də atəşkəsə tam əməl etmələri üçün Ukraynanın şərqi və Rusiyaya qarşı”,-deyə o bildirib.

Fransa prezidenti qeyd edib ki, Ukraynanın bir sıra şəhərlərindəki vəziyyət dərin narahatlıq doğurur.

Qərb Rusiyanı Ukraynanın şərqindəki separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamı rədd edir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 6 mindən çox adam ölüb.