İslam Dövləti qrupu İraqda daha 1 şəhəri ələ keçirib

Foto arxiv

İslam Dövləti yaraqlılarının İraqın Anbar əyalətində daha bir şəhəri ələ keçirdikləri xəbər verilir.

Yerli qəbilə başçıları Sheikh Rafie al-Fahdaw şəhərin ötən gecə zəbt edildiyini deyir.

Bu şəhər Ramadinin təxminən 7 kilometrliyindədir.

Yarqlılar bundan bir neçə gün əvvəl əyalətin paytaxtı Ramadi şəhərini də zəbt ediblər.

Məlumata görə yaraqlılar həmçinin mayın 21-də Suriya ilə sərhəddəki al Valid keçid məntəqəsini ələ keçiriblər ki, bu onların İraq-Suriya sərhəddində hərəkəti və silah daşımalarını asanlaşdırır.

İraq hökuməti şiə qruplarının dəstəyi ilə Anbar əyalərinə əks-hücuma keçməyi planlaşdırır.

Həmçinin yaraqlılar bu günlərdə Suriyanın qədim Palmira şəhərini ələ keçiriblər.

Londondakı Suriya insan haqları mərkəzinin məlumatına görə, hazırda Suriya ərazisinin yarısı İslam Dövləti qrupunun nəzarətindədir.