Yanan binanın bərpasına başlanır

Azerbaijan -- building in Baku hit by fire - 20May2015

-

Baş nazirin müavini, Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov mayın 22-də yanğın baş verən əraziyə gedib.

APA-nın məlumatına görə, o, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla birlikdə əraziyə baxış keçirib, binada təmir-bərpa işlərinə hazırlıqla bağlı göstərişlər verib.

Binanın bərpa olunması ilə bağlı qərar qəbul edilib. Nazirlər Kabineti bu məqsədlə 3 milyon manat vəsait ayırıb.

Artıq bərpayla bağlı hazırlıqlara başlanılıb. Mayin 22-də səhərdən binanın yanmamış hissənin poliuretan üzlüyünün sökülməsinə başlanılıb.

Mayın 19-da Bakının Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər müxtəlif dərəcəli xəsarət alıb.