Elnur Hüseynov “Eurovision” finalında

-

Mayın 21-də Avstriyanın paytaxtı Vyanada “Eurovision 2015” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

Azərbaycan təmsilçisi Elnur Hüseynov “Hour of the Wolf” balladası ilə çıxış edib və finala vəsiqə qazanıb.

Litva, Polşa, Sloveniya, İsveç, Norveç, Montoneqro, Kipr, Latviya və İsrail də artıq finaldadır.

Mayın 19-da keçirilmiş birinci yarımfinalda isə Albaniya, Rusiya, Rumıniya, Serbiya, Belarus, Yunanıstan, Macarıstan, Estoniya, Almaniya və Ermənistan finala çıxıb.

Avstriya, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Avstraliya və İspaniya finalda birbaşa iştirak etmək hüququna malikdirlər.

“Eurovision 2015” mahnı müsabiqəsinin final mərhələsi mayın 23-də keçiriləcək.