Putin Bakıya gələcək

Vladimir Putin

İyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasimində Rusiya prezidenti Vladimir Putin də iştirak edəcək.

Bu barədə APA-nın Moskva müxbirinə Rusiya prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Mətbuat xidməti Rusiya prezidentinin Azərbaycana səfəri barədə ətraflı məlumat veriləcəyini bildirib.