Ramzan Kadyrov: «Qadınlarınızı WhatsApp-dan yığışdırın»

Ramzan Kadyrov

-

Çeçenistan prezidenti Ramzan Kadyrov çeçen kişilərə müraciət edib, «Bəsdir! Özünüzü çeçen kimi aparın. Belə şeylər yazmayın. Kişilər, öz qadınlarınızı WhatsApp-dan yığışdırın».

Çeçen liderinin belə deməsi bu günlərdə 57 yaşlı polis rəisi ilə 17 yaşlı qızın evlənməsinə sosial mediada çox kəskin reaksiyalarla bağlıdır. 

Ramzan Kadyrov bundan əvvəl də WhatsApp-ın çeçenlərə mənfi təsirindən danışırdı və deyirdi ki, İslam Dövləti təşkilatı çeçenlər arasında özünə tərəfdarları WhatsApp vasitəsilə yığır. 

Çeçenistanda Birinci xanımın moda evi açılıb