Pakistanda 13 yaraqlı öldürülüb

Foto arxiv

Pakistan ordusu mayın 20-də ava zərbələri nəticəsində Şimali Vəziristanda azı 13 yaraqlının öldürüldüyünü bildirir.

Zərbələr Datta Xel kəndinin ətrafındakı mövqelərə endirilib.

Pakistan ordusu ötən ilin iyunundan bölgədə yaraqlılara qarşı irimiqyaslı əməliyyat keçirir.

Pakistan rəsmiləri bu müddət ərzində regionun 90 faizindən çoxunun Əl Qaidə və Talibandan təmizləndiyini deyir.