Qarabağ döyüşçüsü özünü yandırdı

Foto illüstrasiya

-

Martın 19-da özünü Cəlilabad rayon polis idarəsi qarşısında yandıran Qarabağ döyüşçüsü Mirtahir Mürsəlov xəstəxanada vəfat edib.

«Qazilər» saytının məlumatına görə, o, mayın 20-də səhər ağır yanıq dərəcəsi ilə Bakıdakı 5 nömrəli xəstəxanaya çatdırılıb. Həkimlər yaşamaq şansının olmadığını bildriblər.

Onun məmur özabaşınalığına etiraz olaraq özünü yandırdığı deyilir.

Bir neçə gün öncə Cəlilabadda başqa bir Qarabağ döyüşçüsü özünü asmışdı.