Lavrov mayın 20-də Federasiya Şurasında çıxış edəcək

Sergei Lavrov

-

Mayın 20-də Rusiya xarici işlər naziri Sergei Lavrov Rusiya parlamentinin yuxarı palatasında – Federasiya Şurasında xarici məsələlərlə bağlı çıxış edəcək.

Bu arada Moskvayla Qərbin münasibətləri Soyu Müharibə dövründən bəri ən aşağı həddə düşüb. Ötən ilin martında Rusiya Krımı anneksiya edəndən sonra qarşılıqlı əlaqələr pisləşib.

Mayın 19-da Brüsselə səfəri zamanı Lavrov AB-yə Rusiyanın maraqlarına ziyan vura biləcək məsələlərlə bağlı xəbərdarlıq edib. O, sözlərinə əlavə edib ki, blokun şərq qonşuları ilə münasibətləri Moskvaya mənfi təsir göstərməməlidir.

Bu həftə Riqada AB-nin altı şərq tərəfdaşı ilə görüşü gözlənir. Bu sammitin Rusiya ilə gərginliyi daha da artıracağı gözlənir.