Türkiyədəki kürdpərəst partiyanın şöbələrində partlayış olub

Foto arxiv

Türkiyədəki kürdpərəst Xalq Demokratik Partiyası ölkənin cənubundakı 2 ofisində partlayış tərədildiyini və 6 nəfərin yaralandığını xəbər verir.

Partiyanın məlumatına görə, partlayışlar mayın 18-də partiyanın Mersin və Adana şöbələrində törədilib.

Adanada baş verən partlayışda 6 nəfər yaralanıb.

Mersində isə itki və ya xəsarət alan olmayıb.

Dogan agentliyinin məlumatına görə, adanadakı partlayışa səbəb paketə qoyulmuş partlayıcı qurğu olub.

Mersində isə qapının ağzına dipçəkdə bomba qoyulubmuş.

Partlayışlar qarşıdan gələn seçki ərəfəsinə təsadüf edir.

İyunun 7-də Türkiyədə parlament seçkisi keçiriləcək.

Xalq Demokratik Partiyası 10 faizlik səddi aşaraq parlamentdə yer qazanacağını ümid edir.