İran neft ixracını sanksiyalardan əvvəlki həddə qaytarmağa ümid edir

İranda neft sərgisi, 6 may, 2015-ci il

-

İran ümid edir ki, dünya gücləri ilə yekun nüvə sazişi əldə olunandan sonra 3 ay ərzində neft ixracını sanksiyalardan əvvəlki səviyyəyə qaytaracaq.

İran neft nazirinin müavini Rokneddin Javadi mayın 18-də Reuters agentliyinə ümidini bildirib ki, “sanksiyalardan əvvəlki ixrac səviyyəsinə qayıda biləcəyik”.

Javadi-nin sözlərinə görə, məqsəd gündə 2.5 milyon barel neft ixrac etməkdir.

İran Milli Neft Şirkətinin idarəedici direktoru olan Javadi Malayziyada Asiya Neft və Qaz Konfransı çərçivəsində danışıb.

İranla dünya gücləri hazırda yekun nüvə sazişi üzərində işləyir. Məqsəd Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində İrana sanksiyaları qaldırmaqdır.