Misirdə üç hakim öldürülüb

Misirdə üç hakim qətlə yetirilib.

Hadisə ölkənin Şimali Sinay bölgəsində baş verib. Qətli naməlum şəxs törədib.

Hadisə nəticəsində daha 2 nəfər yaralanıb.

Xəbəri “Al Arabiya” telekanalı yayıb.