Google-un robot maşınları küçələrə çıxacaq

ABŞ-ın "Google" şirkətinin sürücüsüz maşınları yola çıxır.

Robot maşınlar yayda Kaliforniya yollarında sınaqdan çıxarılacaq.

Bundan əvvəl də robot maşınlar yolda sınaqdan çıxarılmışdı. Ancaq nəqliyyatın sıx olduğu yola ilk dəfə çıxacaq. Maşınlar təhlükəsizlik sınaqlarından keçib.

Robot maşınların sürəti saatda 40 km olacaq.